Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu


KRİMİNAL 22 yan 2021, 09:35
Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev odlu silahla dayısı oğlu Vasif Aslanov tərəfindən qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.

Şəmkir Rayon Polis əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləsi kəsilmiş tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, B.Əliyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top