Goranboyda yol qəzası: xəsarət alanlar var

HADİSƏ 21 yan 2021, 22:59
Goranboyda ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Goran-Qızılhacılı avtomobil yolunda qeydə alınıb.

"BMW" və "VAZ 21011" markalı maşınlar toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan 3 yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzada avtomobillərdən biri hərəkətsiz vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top