Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib

DAXİLİ SİYASƏT 20 yan 2021, 00:36
Respublikaçı Alternativ partiyasının (REAL) ofisində bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri ilə görüş keçirilib.

Demokrat.az bildirir ki, bu barədə REAL açıqlama yayıb.

Söhbət zamanı hakimiyyətlə REAL arasında davam etməkdə olan siyasi dialoqun növbəti mərhələlərinin gündəliyi haqqında ilkin fikir mübadiləsi aparılıb. Siyasi Komitənin üzvü Natiq Cəfərli, eləcə də partiya sədri İlqar Məmmədov bu ünsiyyətin və əməkdaşlığın bundan sonra ölkədə demokratik cəmiyyət təməllərinin möhkəmləndirilməsi üçün zəruri olan yeni nəticələr verməsinin vacibliyini qeyd ediblər./Azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top