Qəhrəmanlarımız haqda məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb — FOTO


HADİSƏ 15 yan 2021, 23:30
“Vikipedia”nın rus dilli seqmentindən Zəngilan rayonunun Ağbənd kəndinin azad edilməsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Xudayar Yusifzadəyə məxsus məqalə yoxa çıxıb.

İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq simvollarından birinə çevrilən X.Yusifzadə haqqında material 31 dekabr 2020-ci ildə “Vikipediya”da dərc edilib, lakin yanvarın 13-də administratorlar səhifəni əhəmiyyətsiz hesab edərək silib.

Üstəlik, şəhid Xudayar Yusifzadənin “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medallarla təltif olunması da onları inandırmayıb.

Guya bu məlumat “Vikipediya”nın rus dilində olan seqmenti üçün əhəmiyyətsizdir.



 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top