İtkin düşdüyü deyilən hərbçimizin şəhid olduğu müəyyənləşdi — FOTO

HADİSƏ 15 yan 2021, 22:06
Vətən müharibəsində itkin düşən kapitan Elnur Cəbrayılovun şəhid olduğu müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya şəhidimizin yaxınları məlumat verib.

Uzun müddət axtarışdan sonra şəhidimizin nəşi tapılıb.  Nəşin şəhid zabitimizə məxsus olduğu DNK analizi ilə təsdiqlənib. Şəhidimiz sabah Göygöldə torpağa tapşırılacaq.

Qeyd edək ki, ailəsi Elnur Cəbrayılovla sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlaya bilib. Bir gün sonra isə kapitan Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşə girib. 

Göygölün Çaylı kəndində anadan olan 40 yaşlı zabitimiz ailəlidir, iki övladı yadigar qaldı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top