Türkiyədə Çin istehsallı vaksinin kütləvi istifadəsi təsdiqləndi

DÜNYA 13 yan 2021, 22:35
Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Coronavak” inaktiv vaksinin Türkiyədə kütləvi istifadəsini təsdiqləyib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransında bildirib.

Nazir deyib ki, sabahdan başlayaraq ölkədə öncə tibb işçiləri olmaqla peyvəndləməyə kütləvi start veriləcək.

Peyvəndləmə prosesinin şəffaflığına xüsusilə diqqət ediləcəyini deyən nazir yeni növ koronavirusa (COVID-19) qarşı özünün də peyvənd olunacağını deyib və dövlət rəsmilərinin peyvənd olunması nümunəsinə geniş yer veriləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top