Papa koronavirusa qarşı peyvənd olundu

DÜNYA 13 yan 2021, 23:40
Roma Papası Fransisk koronavirusa qarşı vaksin vurdurub.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, 84 yaşlı pontifikə Pfizer/BioNTech peyvəndi vurulub. Fransiskə dərmanın ilk dozası tətbiq edilib, ikinci dozanı üç həftədən sonra qəbul edəcək.

93 yaşlı fəxri Papa XVI Benediktin də peyvənd olunmağa hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Vatikan ümumilikdə 10 min doza Pfizer – BioNTech peyvəndi sifariş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top