Paşinyanın arvadının Xankəndidə qurduğu “yolka” söküldü

QARABAĞ 25 dek 2020, 16:30
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Hakopyan Xankəndidə bayram şənliyi təşkil etməyə cəhd edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, Anna Hakopyan Xankəndidə 2 günlük yeni il şənliyi keçirmək istəyib. Bu səbəblə otellərdən birində yolka ağacı və çadırlar qurulub. Ancaq, bunu görən bir qrup erməni etiraz aksiyası keçirib və Anna Hakopyanı ağır tənqid edərək tədbirə mane olublar. Otelin həyətində qurulan “yolka” ağacı isə tamamilə sökülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top