Türkiyə "Sinovac" vaksinini seçdi: tam yekunlaşmamış nəticələrdə 91,25% effektivlik var — VİDEO

DÜNYA 24 dek 2020, 23:38
Türkiyənin səhiyyə naziri Fahrettin Koca dünən keçirilən Elmi Komitənin iclasından sonra pandemiya ilə mübarizə ilə bağlı maraqlı məqamlara aydınlıq gətirmişdir. 

Türkiyənin COVID-19 infeksiyasına qarşı vaksin seçimində inaktivləşdirilmiş vaksin platformasına üstünlük vermə səbəblərini açıqlayan Koca bildirmişdir ki, bu platformada vaksin hazırlanması ən qədim metoddur və indiyədək bir çox belə vaksini Türkiyə öz təcrübəsində istifadə etmişdir. Hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş “CoronaVac” vaksininə üstünlük verilmişdir.

Elmi Komitənin təmsilçisi professor Serhat Ünal isə qeyd etmişdir ki, sentyabr ayından etibarən başlayan 3-cü faza kliniki sınaqların aralıq nəticələri artıq hazırdır. Minlərlə könüllü arasında aparılan bu tədqiqat mərhələsində iştirakçılardan cəmi 40 nəfər virusa yoluxarsa, tədqiqat mərhələsi yekunlaşacaq. 

Hazırda cəmi 29 nəfər yoluxmuşdur ki, onlardan 26 nəfər həqiq vaksin deyil, “placebo” vurulmuş şəxslər olmuşdur. Digər 3 nəfər isə həqiqi peyvənd vurulsa da, 

Hazırda tədqiqatın nəticələrinə əsasən, 7300-dən artıq könüllü arasında cəmi 3 nəfər peyvənd olunmuş şəxsdə  PCR testlərinin nəticəsi pozitiv çıxmışdır. Həmin 3 nəfər isə yüksək riskli şöbələrdə çalışan səhiyyə işçiləri olmuşdur. “Bu 3 nəfər virusa yoluxsalar da, heç bir xəstəlik simptomu hiss etməmiş insanlardır” deyə Fahrettin Koca məlumat vermişdir. 

Beləliklə, Sinovac şirkətinin hazırladığı “CoronaVac” vaksininin Türkiyə üzrə aralıq nəticələri 91,25% effektivlik göstərmişdir. Nazir Koca bu rəqəmin yekunda daha da yüksək olacağını gözlədiklərini qeyd etmişdir. Xatırladaq ki, ÜST tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır.

Vaksinin hansı mənfi təsirləri ola biləcəyi ilə bağlı Elmi Komitədən məlumat verilmişdir ki, cəmi 2,5% könüllüdə yüngül baş ağrısı və 2,5 könüllüdə yüngül yorğunluq hiss olunmuşdur. Bu isə vaksin kifayət təhlükəsiz olduğunu göstərir.

Dekabrın 5-dən hazır olan 3 milyon doza vaksinin bu həftənin sonundan etibarən artıq Türkiyəyə gətirilməsinə icazə verilmişdir. Ümumilikdə, Sinovac şirkəti fevral ayına qədər Türkiyəyə 50 milyon doza vaksin göndərəcək. Bu vaksinlərin türkiyəyə həm də dünya bazar qiymətindən nisbətən aşağı qiymətə təchiz ediləcəyi bildirilmişdir.

Türkiyədə bir gündə 1,5-2 milyon nəfərə peyvənd vurmaq imkanı var. Nazir Koca vaksinasiyada iştirakın könüllü olmasına baxmayaraq, əhalinin böyük aktivlik göstərəcəyinə inandığını və özünün də ilk şəxslərdən biri kimi peyvənd olunacağını bildirmişdir. Xatırladaq ki, Türkiyənin vaksinasiya strategiyasına görə ilk mərhələdə səhiyyə işçiləri və risk qrupunda olan digər şəxslərə peyvənd vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top