Əməkdar artist: “Şəhid olan ölkədə kiminsə toy və şənlik keçirməsi günahdır...”

ŞOU-BİZNES 23 dek 2020, 16:50
“İndiki vaxtda kimsə bu qaydaları pozursa, yenə özü bilsin. Amma yaxşı olardı ki, özlərini qorusunlar. Ən azından bu zarafat deyil, vəziyyət doğrudan da ciddidir”.

Demokrat.az xəbər verir ki, bunu Əməkdar artist Firuzə İbadova deyib. Sənətçi karantin qaydalarını pozaraq şənlik keçirən vətəndaşlarımızın hərəkətindən təəssüfləndiyini bildirib:

“Ötən il pandemiya dövrü indikindən yaxşıydı, amma indi vəziyyət çox çətindi. Koronavirus təkcə bizi yox, bütün dünyanı ağuşuna alıb. Mən dini kitabları çox oxuyuram. Ümumiyyətlə, Quranı çox oxumaq lazımdır ki, insanın anlayışı artsın. Kəbə torpağından qan çıxır, yəni bu bir bəladır. Demək istəyirəm ki, pandemiya bir bəladır və bundan səbrlə özümüzü qorumalıyıq. Karantin qaydalarına riayət etmək lazımdır. Həm ruhən, həm də cismən özümüzü təmiz saxlamalıyıq.

İndiki vaxtda kimsə bu qaydaları pozursa, yenə özü bilsin. Amma yaxşı olardı ki, özlərini qorusunlar. Ən azından bu zarafat deyil, vəziyyət doğrudan da ciddidir. Ümumiyyətlə, isə kiminsə evində toy etməsi məni çox təəssüfləndirir. Toy anlamı mənim əcdadlarımı yandırar. Elə şəhid anamız var ki, oğlunun tabutunu gətirəndə qurban kəsdirdi. Biz bütün günü ağlayırıq, gözümüzün yaşı belə qurumayıb. Mən hətta canlı oxumuram, günahdır. Bu il evimizdə heç yolka qurmadıq. Düzdü, torpaqlarımızı işğaldan azad etdik. Hamı kimi mənim də ailəmdə şəhid oldu. İndi bacımın nəvəsi Şuşadadır. Dayımın oğlu qazidi. Şəhid olan ölkədə kiminsə toy və şənlik keçirməsi günahdır”.(moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top