Prezident İlham Əliyev: adını tarixə əbədi yazdıran Milli Qəhrəman

TƏHLİL 23 dek 2020, 13:43
“Milli Qəhrəman”, yaxud, “Vətən Müharibəsi Qəhrəmanı” adına kim layiqdir deyə soruşsaq, birmənalı olaraq onun adını çəkə bilərik: Ali Baş Komandan, Prezident İlham Əliyev. Çünki o, 44 günlük Vətən müharibəsinin müzəffər komandanıdır.

Prezident İlham Əliyev Vətən müharibəsinə qədər Azərbaycanın qalib gəlməsini təmin edəcək strategiya həyata keçirdi. 

Güclü Azərbaycan dövlətinin formalaşdırılması, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, Mçasir iqtisadi, sosial, mədəni infrastrukturun formalaşdırılması, müasir cəmiyyət quruculuğu, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi, əhalinin sosial rifahının təmin edilməsi, sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi və həyata keçirilməsi.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi məhz bunlar idi. 

Dövlət başçısının sosial siyasətinin mərkəzində insan amili, strateji siyasətinin mərkəzində isə Azərbaycanın müstəqil xarici siyasəti, ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevrilməsi idi. 

Prezident İlham Əliyevin siyasətində humanizm prinsipinin, vətəndaş amilinin aliliyi, multikulturalizm ənənənlərinin inkişaf etdirilməsi, milli birlik və həmrəylik də xüsusi yer tutur.

Təbii ki, əsas hədəflərdən biri güclü və müasir ordu quruculuğu, Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. 

2003-cü ildən indiyə qədər nəyin şahidi oluruq?

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu.

Bu uğurda onun liderlik qabiliyyəti xüsusi rol oynayır. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. 

O, praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir.

Liderlik qabiliyyəti və milli maraqlar uğrunda apardığı mübarizə bəhrəsini verdi. Vətən müharibəsində qalib gəldik və Prezident İlham Əliyevin adı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider olaraq, tarixə əbədi yazıldı.

Tarixdə öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən şəxslər olub. 

Prezident İlham Əliyevin adı bu şəxslərin sırasına daxil edildi. Çünki o, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. 

Bu baxımdan, bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top