Dünyada koronavirusa yoluxanların sayı 76 milyonu ötdü

DÜNYA 20 dek 2020, 08:30
Dünyada COVID-19-a yoluxma ilə bağlı qeydə alınmış halların sayı 76,102 milyonu keçib.

Demokrat.az bu barədə ayrı-ayrı ölkələrin yoluxma ilə bağlı statistikasına istinadən xəbər verir.

Statistik göstəricilərə əsasən dünyada 1 683 306 insan təhlükəli virusun qurbanı olub.

Qeyd edilir ki, pandemiya ərzində koronavirus xəstələrinin ümumi sayı 76 102 716 nəfərə çatıb, virusa yoluxmuş 53 361 837 pasiyent sağalıb.

Yoluxma hallarının ən böyük sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda COVID-19-a 17 888 353 yoluxma qeydə alınıb. ABŞ həmçinin koronavirusdan ölüm hallarının sayı üzrə dünyada liderdir. Bu ölkədə 320 845 insan COVID-19-un qurbanı olub.

Hindistanda COVID-19-a 10 005 850, Braziliyada 7 163 912, Rusiyada 2 819 429, Fransada 2 442 990, Türkiyədə 1 982 090, Böyük Britaniyada 1 977 167, İtaliyada 1 921 778, İspaniyada 1 817 448, Argentinada 1 531 374, Kolumbiyada 1 482 072, Almaniyada 1 469 991, Meksikada 1 301 546, Polşada 1 194 110, İranda 1 145 651 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top