Liviyada həbs olunan azərbaycanlı gəmiçilər XİN-dən kömək istəyir

SOSİAL 19 dek 2020, 22:48
“Liviyada həbs olunan iki azərbaycanlı gəmiçi ailə üzvləri ilə əlaqə saxlaya bilmir.”

Bunu Unikal.org-a müraciət edən Türkiyə vətəndaşı Ruşen Kayış məlumat verib. O, qeyd edib ki, bərabər cəza çəkdikləri azərbaycanlılar öz ölkələrinin Xarici İşlər Nazirliyindən kömək gözləyir:

“Türkiyənin “Saygi Denizcilik ve Elektrik” şirkətinə məxsus tankerdə çalışırdıq. Tanker Sierra-Leone bayrağı altında üzürdü. Fevralın 13-də Tripoli limanından yola çıxan tanker Maltaya istiqamətində hərəkət edən vaxt Liviya sahil mühafizə qüvvələri onu saxlayıb. Yoxlamalar nəticəsində  tankerdə 1.7 milyon ton qaçaq yanacaq aşkar edilib.Bizim heç nədən xəbərimiz yox idi.Biz işçi kimi öz işimizi görürdük.Bundan sonra mən də daxil olmaqla orada olan Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət 12 heyət üzvünün hamısı saxlanılıb.Mənimlə həbsə düşənlər arasında Əliağa Babayev və Elinxan Bağırov adlı azərbaycanlılar vardı.Bizim hər birimizə 5 il həbs cəzası və bir milyon dollar cərimə cəzası verdilər. Mən Türkiyə Konsulluğunun köməyi ilə həbsdən azad olundum. Amma azərbaycanlı qardaşlarım bu günə qədər ailələri ilə əlaqə yarada bilmirlər. Onlar çarəsiz vəziyyətdə gözləyirlər. Məndən xahiş etdilər ki, həbsdən çıxarkən onların bu problemini ictimailəşdirim. Mən özüm Liviyada olan Türkiyə Konsulluğuna müraciət etdim ki, Əliağa Babayev və Elinxan Bağırova kömək etsinlər. Mənə bildirildi ki, onlar Türkiyə vətəndaşı olmadıqları üçün kömək edə bilməzlər.Yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin müraciətindən sonra köməklik göstərilə bilər.Orada həbsxanada bizə yaxşı baxmırdılar. Elşad Hüseynov adlı bir azərbaycanlı məhkum var idi.Xəstə olduğunu dedi, həkim istədi.Ona tibbi yardım göstərilmədiyi üçün gözlərimizin önündə can verdi.Mən Azərbaycan hökümətindən xahiş edirəm ki, adını çəkdiyim şəxslərə kömək göstərsinlər.”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top