DİN: Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir

GÜNDƏM 19 dek 2020, 15:13
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top