"6 il sonra ilk dəfə qardaşımın səsini eşitdim" — Şahbaz Quliyevin bacısı


GÜNDƏM 19 dek 2020, 11:11
Bir neçə gün öncə erməni girovluğundan azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də ailələri ilə görüşə bilməyiblər. 

Demokrat.az
xəbər verir ki, buna səbəb onların müayinə və müalicə üçün bir müddətlik karantinə alınmalarıdır. Şahbaz Quliyevin bacısı İradə Quliyeva açıqlamasında qardaşı ilə danışdığını söyləyib: 

"Biz bir gün öncə Bakıya getdik ki, qardaşımı görək. Məlum pandemiya səbəbindən onlar karantində qalmalıdırlar. Ona görə hələlik görüşə bilmədik. Amma telefonda danışdıq. 6 il sonra ilk dəfə qardaşımın səsini eşitdim. Sevincimi ifadə edə bilmirəm. Şükür hər şey qaydasındadır, hər ikisinin səhhəti normaldır. Biz 6 il gözləmişik, 6 gün də gözləyərik. Sonunda qardaşıma qovuşmaq var, daha ürəyimiz rahatdır". 

İradə Quliyeva söyləyib ki, anası hələ də Şahbaz Quliyevin erməni girovluğunda olduğundan xəbərsizdir: 

"6 ildir qardaşımın girov düşdüyünü anamdan gizlədə bilmişik. O elə bilirdi, Şahbaz Rusiyadadır, əlaqəmiz yoxdur. Hələ də gerçəkləri bilmir. Amma qayıtdığını demişik. Dedik, ana, bu qədər dözmüsən, bir neçə gün də gözlə, oğlun evə qayıdacaq. İnanın, o qədər sevinirdi ki..."

İradə Quliyeva qardaşının övladı və həyat yoldaşı ilə də görüşmədiyini deyib: 

"Dediyim kimi, Bakıya getdik, qardaşımın ailəsi ilə birlikdə müraciət etdik, amma hələlik gözləməli olduğumuzu dedilər. Ailəsi ilə də görüşə bilmədi. Amma hamımızla telefonda danışıb, səsini eşitmişik. Səbirsizliklə, Şahbazın evimizə qayıtmasını gözləyirik".(modern.az) 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top