ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi

DÜNYA 18 dek 2020, 23:36
ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri “Kosmos Komplekt”, “Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir.

Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir.

Məhdudiyyətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın beynəlxalq siyasətdəki mənafeyinə zidd fəaliyyət qruplarına aid olduğu düşünülən” və ya bununla əlaqəsinin olma ehtimalı yaranan şəxslər və şirkətlərə tətbiq olunur./APA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top