SON DƏQİQƏ! Rusiya sülhməramlısı Şuşa yaxınlığında öldü

QARABAĞ 18 dek 2020, 22:57
Dağlıq Qarabağda, Şuşa ətrafında minaların təmizlənməsi zamanı Rusiya sülhməramlılarının zabiti ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

“17 dekabr tarixində Şuşa yaşayış məntəqəsi bölgəsində yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Beynəlxalq Minalar Əleyhinə Mərkəzin minalardan təmizləmə qrupunun bir zabiti ağır yaralanıb. Hərbçiyə təcili tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Belə ki, hospitala aparılan hərbi qulluqçu nəqliyyat vasitəsində həyatını itirib".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top