Şuşa fatehlərindən şəhid Asəf Ağayev dəfn edildi — FOTO

HADİSƏ 18 dek 2020, 18:53
Şəhid olan baş leytenant Ağayev Asəf Abid oğlu doğulduğu Qax rayonunda dəfn olunub.

Demokrat.az
“Report”a istinadən xəbər verir ki, mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Asəf Ağayev rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Asəf Ağayev 1993-cü ildə Qax şəhərində doğulub. O, 27 sentyabrda başlayan Vətən müharibəsində sonadək vuruşub.

A.Ağayev, əsasən, Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib.

O, dekabrın 17-də minaya düşərək şəhid olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top