Rusiya Azərbaycana tətbiq etdiyi daha bir qadağanı götürdü

İQTİSADİYYAT 18 dek 2020, 18:26
Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "Rosslexoznadzor" Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 21-dən etibarən Azərbaycandan ölkəyə alma idxalına qoyulan qadağadan qismən imtina olunur və üç müəssisədən alma idxalına icazə verilir.

"Rosselxoznadzor" alma idxalına icazə verdiyi Azərbaycan şirkətlərinin adlarını da açıqlayıb. Bunlar Şabran rayonunda yerləşən "TURAZ", "Ran Fruit" və "Əsədov Vahid" MMC-ləridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top