Rusiya kəşfiyyatının şefi İrəvana gəldi

DÜNYA 18 dek 2020, 11:58
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov cümə günü tezdən İrəvana gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri artıq İrəvandadır, onu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan qarşılayıb. Artıq onlar arasında görüş keçirilib”, – deyə təhlükəsizlik idarəsindən qeyd ediblər.

Bundan əvvəl “Hraparak” qəzeti A.Bortnikovun Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini müzakirə etmək üçün baş nazir Nikol Paşinyanın xahişi ilə Ermənistan paytaxtına gələcəyini yazmışdı. Qeyd edilirdi ki, Bortnikov İrəvandan Bakıya gedəcək.

Xatırladaq ki, dekabrın əvvəllərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Moskvaya səfər etmişdi. Səfərin gündəliyi açıqlanmamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top