Türkiyə XİN rəhbəri ilə Pompeo arasında telefon danışığı oldu

DÜNYA 18 dek 2020, 08:43
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Pompeo bildirib ki, Rusiyadan S-400 zenit-raket komplekslərinin (ZRK) alınması ABŞ-ın hərbi qulluqçularının və hərbi texnologiyasının mühafizəsini təhlükə altına qoyur və eyni zamanda Rusiyanın Türkiyə ordusuna və müdafiə sənayesinə girişinə imkan verir”-deyə, məlumatda qeyd olunub.

Pompeonun özü də tvitter hesabında Çavuşoğlu ilə danışdığını təsdiqləyib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top