Erməni müxalifəti Paşinyana istefa tələbi ilə tətilə hazırlaşır

DÜNYA 16 dek 2020, 22:34
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər dekabrın 22-də ümumi tətil təşkil etməyi, kütləvi etiraz aksiyaları keçirməyi və hökumət binasını mühasirəyə almağı düşünürlər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu müxalif “Daşnaksutyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Sağatelyan yürüş zamanı bildirib.

“Çərşənbə axşamı (22 dekabr - red.) bütün ölkə ərazisində ümumtətil və kütləvi etiraz aksiyalarına başlayırıq, saat 12:00-da hökumət binasını mühasirəyə alacağıq”, - Sağatelyan belə deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top