Ermənipərəst Solovyovun qəzəb və hikkəsi — VİDEO


GÜNDƏM 16 dek 2020, 17:36
Azərbaycanın Vətən Müharibəsində qalibiyyətini, Dağlıq Qarabağda haqq ədalətin bərpasını və Zəfər paradını Ermənistanla yanaşı, ermənipərəstlər də həzm edə bilmir. 

Baku Tv xəbər verir ki, ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və politoloq Vladimir Solovyov öz verilişində erməniləri gah tərif, gah da tənqid edib.

Çıxışının əvvəlində məntiqsiz cümlələr quran Solovyov sona yaxın erməniləri Rusiyanı ittiham etməkdən çəkinməyə çağırıb.

O bildirib ki, Qüdsün dörddə bir hissəsi ilk dəfə xristianlığı dövlət səviyyəsində qəbul edən ermənilərə məxsusdur:

“Bu ermənilərin nə qədər qədim xalq olduğunu göstərir. Əgər azərbaycanlılar Qarabağdakı kilsələrin qədim Alban kilsələri olduğunu deyirlərsə, o zaman məni başa salın, bəs ermənilərin əlyazmalarına nə deyirsiniz?

Ermənilərin əlyazmaları əsrlərdir mövcuddur. Qarabağda isə ermənilər həmişə yaşayıblar. Nuhun gəmisi Ararat dağına yaxınlaşıb, onun həyat yoldaşı və üç övladı, heyvanlar bir-bir gəmidən çıxdıqca, oradakı insanlar bunu görüb deyiblər ki, “ara, vay, sirk gəlib”. Tarixi nə qədər istəsəniz, dəyişə bilərsiniz, amma bu, həqiqiətləri dəyişmir”. 

Daha ətraflı Baku TV-nin videosüjetində:



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top