Türk Şurasından ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına REAKSİYA

SİYASƏT 15 dek 2020, 22:38
Azərbaycanın sədrlik etdiyi Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı açıqlama yayıb.

Demokrat.az xəbər verir ki, açıqlamada deyilir:

“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqi qərarı ədalətsizdir. Türkiyənin yanındayıq və bu məsələni dialoq və diplomatiya yolu ilə obyektiv, realist və siyasi qərəzsiz bir şəkildə həll etmək təklifini dəstəkləyirik”.

Qeyd edək ki, S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top