Samuxa qonaqlığa gedən “COVID-19” xəstəsi saxlanıldı — FOTO


KRİMİNAL 15 dek 2020, 19:50
Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ 2107” avtomobili saxlayıblar. Yoxlama zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, izoliyasiya olunaraq ev şəraitində müalicə olunmalı olan, Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilib. O, Samux rayonuna qonaqlığa gəldiyini bildirib V. Babayev hüquqi izah verilərək, ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarılıb. Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk edən rayon sakinləri Pakizə Məmmədova və Azər Abdullayevi aşkarlayaraq evə qaytarıblar.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top