Aminin anası: “Mənim ümidim yalnız İlham Əliyevə idi, o da oğlumu qaytardı”

SOSİAL 14 dek 2020, 23:21
Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayev bu gün Bakıya gətirilib. 
 
Demokrat.az
bildirir ki, "Azxeber.com" Aminin anası Hicran Sadıqova ilə əlaqə saxlayıb. 

Aminin anası oğlunu vətənə qaytardığı üçün Prezidentə təşəkkürünü bildirib: 

"Sevincimizin həddi-hüdudu yoxdur. Ailəmiz və xalqımız adından cənab prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Onun zəhməti, gücü, zəkasının sayəsində əsirlərimizi geri ala bildik. Müharibə varsa onun acı nəticəsi də olur. Mənim ümidim yalnız Cənab Prezidentə idi. Bilirdim ki, o oğlumu geri qaytaracaq. Belə də oldu. Bir daha təşəkkür edirəm”.

Hicran Sadıqova şəhid analarına da başsağlığı verib:

"Vətən müharibəsində şəhid olan əsgərlərimizə rəhmət, yaralılara can sağlığı arzulayıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top