Messi qol sayına görə Pelenin rekorduna çatır

İDMAN 14 dek 2020, 08:43
"Barselona" futbol komandasının 33 yaşlı argentinalı hücumçusu Lionel Messi "Levante" (1:0) ilə La Liqanın 13-cü turunun matçında vurduğu qolla əlamətdar nailiyyətin təkrarlanmasının bir addımlığındadır.

“Report” xəbər verir ki, bu barədə “Football Espana” bildirib.

"Levante"nin qapısına vurulmuş qol "Barselona"nın argentinalı kapitanın karyerasında 642-ci olub. Bir sıra mənbələrin qeyd etdiyi kimi, bu məsələdə müxtəlif mübahisələrə baxmayaraq, Lionel Messinin əfsanəvi braziliyalı futbolçu Pelenin bir klubda vurduğu 643 qolu fəth etməsinə yalnız bir qol qalır.

Xatırladaq ki, Pele 1956-cı ildən 1974-cü ilə qədər vətənindəki "Santos" klubunda çıxış edib, sonra ABŞ-da daha iki mövsüm keçirib.

Qeyd edək ki, 2020-ci ilin sonuna kimi "Barselona" İspaniya çempionatında "Real Sosedad", "Valensiya", "Valyadolid" və "Eybar"la qarşılaşacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top