Aslan İsmayılov: “Müharibə yeni başlayır”

GÜNDƏM 12 dek 2020, 18:58
“Qoca tülkü, 1990-cı ilin əvvəllərində Qarabağ probleminin qızışmasında birbaşa iştirakçı olan, torpaqlar işğal olundandan sonra isə problemin həllini düyünə salan keçmiş vasitəçi V.Kazimirov yenidən dirilib”.

Demokrat.az
-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov xatırladıb ki, erməni sifət Zatulin ilə Azərbaycanı və onun rəhbərliyini torpaqlarımızı azad etməkdə günahlandırıb.

Hüquqşünasın sözlərinə görə, hadisələrin gedişi onu göstərir ki, Qarabağ probleminin siyasi və informasiya müharibəsi yeni başlayır: 

“Ona görə də heç kim sakitləşməməli, əsgər və zabitlərimiz öz borclarını ləyaqətlə yerinə yetirdikləri kimi bütün Azərbaycan vətəndaşları da tam qələbəyə qədər öz vəzifələrini vicdanla davam etdirməlidirlər”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top