Hande Harmancı: “Yoluxma belə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək”

SOSİAL 12 dek 2020, 14:06
“Əgər özümüzə diqqət etməsək, səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. 

Onun sözlərinə görə, ən birinci vasitə qorunmaqdır və gigiyenik qaydalara əməl edilməsidir.

“Bilirsiniz ki, Azərbaycanda koronavirus artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır. Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından çıxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkir.

Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yoluxma sayında kiçik də olsa azalma müşahidə olunur. 

Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə H.Harmancı qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top