Azərbaycan nömrəli maşın Zəngəzurda... — FOTO

HADİSƏ 11 dek 2020, 22:58
Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub. Bu haqda Ermənistanın “mediaport” teleqram kanalı yazıb.

Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər.

- Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib;

- Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər;

- Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib.

Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.


Asif Nərimanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top