Türkiyənin məşhur yazıçısı intihar etdi — FOTO


ƏDƏBİYYAT 11 dek 2020, 14:21

Təcavüz iddiaları ilə gündəmə gələn Türkiyənin məşhur yazıçısı İbrahim Çolak intihar edib.

Bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb.

Məlumata görə, yazıçı intihardan əvvəl “Twitter” hesabından özünə qəsd edəcəyini bildirib.

“Özümü belə bir sona hazırlamamışdım. Diləyim yaxşı bir insan olmaq idi, bacarmadım. Saatlarla, günlərlə yaza bilərəm. Amma bu, heç nəyi geri gətirməz. Bu saatdan sonra həyat yoldaşımın, övladlarımın, dostlarımın üzünə baxa bilmərəm. Heç kim tam müqəssir deyil, lakin başqalarına dediyim “özümüzə yaraşanı edək” düsturunu özüm yerinə yetirmədiyim üçün həqiqətən peşmanam. Məni sevən bütün dostlarıma, əziyyətimi çəkən həyat yoldaşıma və övladlarıma əlvida deyirəm”

Qeyd edək ki, “Twitter”də “Leylasalinger” adlı bir izləyici yazıçını təcavüzlə ittiham etmişdi.

Yazıçının meyiti tibbi ekspertizaya göndərilib.(oxu.az)
 

 


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top