Afaq da koronavirusa yoluxdu

ŞOU-BİZNES 11 dek 2020, 15:00
Teleaparıcı Afaq Gəncəli yeni növ koronavirusa (COVID-19) yoluxub. 

Demokrat.az xəbər verir ki, bu barədə ATV-nin aparıcısı öz instaqram səhifəsində məlumat verib.

A.Gəncəli xəstəliyi ağır keçirdiyini qeyd edib:

“Mən də bu virusa yoluxdum. Test verdim və pozitiv çıxdı. Çox ağır keçirtdim. İstəməzdim ki, kimsə mənim kimi pis keçirtsin. Bunun bu qədər ağır olduğunu ağlıma da gətirməzdim.

Çalışın maska, əlcəkdən istifadə edin, gigiyena qaydalarına əməl edin. Evdən çölə çıxmayaq, bacardığımız qədər virusdan uzaq olaq”.

DİGƏR XƏBƏRLƏR

Top