Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna REAKSİYA — VİDEO

HADİSƏ 09 dek 2020, 22:37
Bu yaxınlarda Ermənistanda sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət şüarları səsləndirməklə Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun məzarını sökən bir qrup erməni millətçisi ilə bağlı video cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının “Twitter” hesabında paylaşım edilib.

“Bu, Ermənistanın siyasi və hərbi rəhbərliyinin əraziləri işğal altında saxlamaq və 30 il ərzində bir milyon məcburi köçkünü torpaqlarından məhrum etmək üçün erməni əhalisi arasında azərbaycanlılara qarşı ayrıseçkiliyi və nifrəti necə təbliğ etməsini bir daha sübut edir. Videodakı hərəkət nifrət zəminində cinayətdir”, - deyə ombudsman aparatından bildirilib. /Oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top