“Azəriqaz” “Bakı Yol Tikinti Servis” ASC-ni məhkəməyə verdi

HADİSƏ 09 dek 2020, 11:38
“Azəriqaz” İstehsalat Birliyi “Bakı Yol Tikinti Servis” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Azəriqaz” bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İddiaçı ASC-dən istifadə etdiyi qaz limitinə görə pul tələb edir.

İddia ərizəsinə baxılması üçün hakim Səbinə Nuriyevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top