Nərimanovdakı yanğın söndürüldü — YENİLƏNİB

HADİSƏ 08 dek 2020, 21:44
Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonunda anbarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Demokrat.az
FHN-in saytına istinadla xəbər verir ki, yanğın nazirliyin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***
Bakıda anbarda yanğın başlayıb.


Demokrat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi ünvanında anbarda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 m² təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top