Azərbaycanda koronavirusdan daha 39 nəfər öldü — Yoluxma 4 mini ötdü

HADİSƏ 06 dek 2020, 16:00
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 356 yeni yoluxma faktı qeydə alınıb, 2 517 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 146 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 88 497 nəfər müalicə olunaraq sağalıb, 1 6 32 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 197, bu günə qədər isə ümumilikdə 1 837 001 test icra olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top