BQXK Ermənistanda saxlanan azərbaycanlılara baş çəkdi


GÜNDƏM 06 dek 2020, 11:11
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 27-dən sonra münaqişə nəticəsində saxlanılan azərbaycanlılara baş çəkib.
 
Demokrat.az bildirir ki, bu barədə Modern.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
 
Komitə rəsmisi qeyd edib ki, saxlanılan şəxslərin ailələrilə əlaqələrin bərpasının təmin olunması həyata keçirilir.

O həmçinin deyib ki, azərbaycanlı hərbi əsirlərlərin geri qaytarılması üçün dialoqlar davam etdirilir:

“Saxlanılan şəxslərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir”.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb. 

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top