Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı oldu


XARİCİ SİYASƏT 05 dek 2020, 15:17
Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları bəyanatının müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, - nazirlikdən bildirilib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top