"Azəriqaz"-dan biabırçılıq: Təbii qaz plastik su boruları ilə verilir — ŞİKAYƏT (VİDEO)

SOSİAL 05 dek 2020, 13:10
Sabunçu rayonunun Balaxanı, "Yeni Massiv" adlanan ərazisində yaşayan sakinlərə təbii qaz su borusu ilə verilir. 

Demokrat.az
xəbər verir ki, bununla bağlı Balaxanı sakinləri "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyindən şikayət ediblər. 

Sakinlər deyir ki, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları onlardan pul alaraq evlərə sayğac quraşdırıb:

"Ancaq sayğaclara verilən təbii qaz dəmir borularla deyil, plastik su boruları ilə quraşdırılıb".

Sakinlər "Azəriqaz" İstehsalat Birliyi əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı ölkə Prezidentinə müraciət ediblər. 
 



Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top