Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir

DÜNYA 04 dek 2020, 10:01
Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

"Hər bir erməni kimi mən də bu reallıqla barışa bilmirəm", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna görə də mandatdan imtina qərarına gəlib.

"Əmin etmək istəyirəm ki, əvvəllər olduğu kimi, gələcəkdə də, bütün səylərim və addımlar hansı sahədə işləyəcəyimdən asılı olmayaraq, vətənimizin və xalqımızın xeyrinə yönəldiləcək”, - o əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Mənim addımım” Partiyasının üzvü, deputat Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib. O, bu barədə özünün feysbuk səhifəsində yazıb. Gevorkyan bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top