Dünyada koronavirus qurbanlarının sayı 1,5 milyon nəfəri ötdü

DÜNYA 04 dek 2020, 08:30
Dünyada COVID-19-dan ölüm hallarının sayı 1,5 milyon nəfəri ötüb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, həmçinin KİV və başqa açıq mənbələrlə məlumatlar toplayan Cons Hopkins Universitetinin saytı məlumat yayıb.

Universitetin məlumatına görə, pandemiya ərzində koronavirusa yoluxan 1 501 076 insan ölüb.

Dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 65 milyona yaxınlaşır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top