Ermənistanda son sutkada 26 nəfər COVID-19-dan öldü

DÜNYA 03 dek 2020, 13:10
Ermənistanda daha 1 277 nəfərdə koronavirus aşkarlanıb.

Demokrat.az
xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 138 508 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 254-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 567-yə yüksəlib. İndiyədək 113 228 nəfər infeksiyadan sağalıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top