Yaponiyada koronavirusdan vaksinasiya pulsuz olacaq

DÜNYA 02 dek 2020, 18:10
Yaponiya Parlamentinin Yuxarı Palatası, qanunvericilikdə COVID-19-a qarşı bütün əhalinin pulsuz vaksinasiya edilməsinə imkan verəcək mövcud dəyişiklikləri təsdiqləyib.

Bu barədə “Kyodo” xəbər yayıb.

Bildirilir ki, qanunvericilik çərçivəsində Yaponiya hökuməti gələn ilin ortalarına qədər bütün əhalinin aşılanması üçün lazım olan dozaları hazırlamaq niyyətindədir.

Bütün aşılama xərclərinin hökumət tərəfindən ödəniləcəyi vurğulanıb. Peyvənddən əlavə təsirlər olması halında, dövlət bunu kompensasiya edəcək.

Dəyişikliklər yekdilliklə qəbul edilib.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top