Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı oldu


SİYASƏT 02 dek 2020, 14:36
Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

XİN Mətbuat xidməti idarəsindən Demokrat.az-a bildirilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top