Maradonanın psixiatrının evində axtarış aparılır

İDMAN 01 dek 2020, 21:36
Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.

Demokrat.az xəbər verir ki, bu barədə TN telekanalı bildirib.

Məlumata görə, polislər Maradonanın psixiatrı olan Aqustin Kosaçovun Buenos-Ayresdəki evində və klinikasında axtarış aparır. 

Son aylarda Maradona ilə işləmiş həkim mərhum oyunçunun ölüm xəbəri açıqlanarkən evində olub.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır. /Modern.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top