“Zod” qızıl mədəninin iqtisadi əhəmiyyəti — RƏQƏMLƏR

SƏNAYE VƏ ENERGETİKA 28 noy 2020, 12:55
Xəbər verdiyimiz kimi, işğal altında olan Kəlbəcər rayonu azad olunduqdan sonra - noyabrın 26-da Azərbaycan əsgərləri Ermənistanla sərhəddə yerləşən “Zod” qızıl mədəninin ərazisinə daxil olublar.

Demokrat.az xəbər verir ki, son iki gün ərzində Ermənistan mətbuatında müzakirə olunan əsas mövzu “Zod” qızıl mədəni olub. Hətta ölkənin baş naziri canlı yayım vasitəsilə xalqa müraciət edərək “Zod” qızıl mədəni ilə bağlı açıqlma verib.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis (Basarkeçər) rayonu arasındakı sərhəd xəttinin SSRİ zamanındakı sərhəd xəttinə əsasən müəyyən olunacağını açıqlayıb. Bu həm də o deməkdir ki, hazırda istismarda olan “Zod” qızıl mədəninin təxminən dörddə-üç hissəsi Azərbaycan, dörddə-bir hissəsi isə Ermənistan ərazisində qalacaq. Peyk vasitəsilə çəkilən görüntülərdən də açıq şəkildə görülür ki, istismarda olan qızıl mədənin böyük hissəsi Kəlbəcər rayonu ərazisində yerləşir.

Məlumat üçün bildirk ki, “Zod” qızıl mədəni Ermənistan iqtisadiyyatında böyük paya sahib olub. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, ötən il “Zod” qızıl mədənini istismar edən Rusiyanın "GeoProMining Gold" şirkəti Ermənistanın ən böyük 4-cü vergi ödəyicisi olub. 2019-cu ildə "GeoProMining Gold" şirkəti dövlət büdcəsinə 16 milyard dram (32 milyon dollar) vergi ödəyib. Bu ilin oktyabr ayında açıqlanan məlumata görə, “Zod” qızıl mədənində 1654 nəfər işçi işləyir. Rəqəmlərdən də göründüyü kimi, mədən ərazisinin dörddə-üç hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistan iqtisadiyyatı üçün böyük itki olacaq.

Onu da bildirək ki, “Zod” qızıl mədəni 1976-cı ildən istismar olunur. Mədən əsasən qızıl və gümüş ehtiyatlarına malikdir. Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, “Zod” qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. “Zod” qızıl mədəni 2018-ci ildə 162 milyon dollara İsveçrəyə 4 min 518 kiloqram qızıl ixrac edib.  

Açıqlana rəqəmlər həm də onu göstərir ki, Azərbaycan “Zod” qızıl mədəninin istismarından milyardlarla dollar gəlir ədə edəcək.

SSRİ-nin süqutundan qısa müddət sonra – 1996-cı ildən etibarən Ermənistan “Zod” qızıl mədənini qanunsuz şəkildə istismar edir.  1996 –cı ildən sonra qızıl mədənini “Hayoski” Dövlət Müəssisəsi ilə “Global Gold” şirkəti birgə istismar edib. Daha sonra “Global Gold” şirkəti öz payını  Kanadanın “First Dynasty Mines” şirkətinə satıb. 2002-ci ildə “Zod” qızıl mədəninin tək sahibi Hindistanlı iş adamı Anil Agarval olub. Daha sonra Hindistanlı iş adamı mədəni Rusiyanın “GeoProMining Gold Company” şirkətinə satıb.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top