Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı — VİDEO


MARAQLI 27 noy 2020, 17:52
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə koronavirus xəstələrinin yatdığı xəstəxanada “Qırmızı zonanı” ziyarət edib.

Tut.by bununla bağlı kadrlar yayımlayıb.

Bildirilib ki, pandemiya dövründən bəri Lukaşenko ilk dəfədir ki, ictimaiyyət arasına maskalı çıxıb.

Palataları gəzən dövlət başçısı həkimlərlə söhbət edib, onların işini yüksək qiymətləndirdiyini vurğulayıb.

“Onlar böyük iş görürlər. Əgər bir insan “qırmızı zonada” işləyirsə, qoy elə o da (yüksək maaş) alsın”, - deyə prezident vurğulayıb.(oxu.az)
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top