İmişlidə koronavirus xəstələrinə cinayət işi açıldı

KRİMİNAL 26 noy 2020, 19:44
İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – E.Qəhrəmanov və P.Hüseynov koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldqıları müvafiq ünvanlara aparılıb.

İmişli rayon polis şöbəsinin istintaq bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top