Lavrovdan Dağlıq Qarabağla bağlı MÜHÜM AÇIQLAMA

SİYASƏT 24 noy 2020, 18:47

“Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Dağlıq Qarabağla bağlı əldə edilmiş üçtərəfli razılaşmanın funksionallığı hər gün təsdiqlənir, bölgədəki atəşkəsə tam əməl olunur”.


TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib.


O, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan sazişin bütün öhdəliklərinə əməl edildiyini vurğulayıb.


“Rusiya sülhməramlıları fəal şəkildə və ən qısa müddətdə müvafiq əməliyyatlar həyata keçirdi, həm erməni, həm də Azərbaycan icmaları ilə sıx əməkdaşlıq edir və  humanitar problemlərin həllinə kömək göstərirlər”, - deyə RF XİN rəhbəri vurğulayıb. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top