Ermənilər ordumuzdan kömək istədi — VİDEO


GÜNDƏM 24 noy 2020, 14:36

Dünən Azərbaycan ordusunun üçrəngli şanlı bayrağımızı qaldırdığı Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxarmaq üçün hərbçilərimizdən kömək istəyiblər.


Bununla bağlı görüntüləri Baku TV əldə edib.


Görüntülərdən aydın olur ki, hərbçilərimiz onlara müvafiq qaydada yardım edirlər.


Videogörüntülər Azərbaycan hərbçilərinin döyüş meydanında göstərdiyi yüksək peşəkarlıq, yenilməzliklə yanaşı, insan faktoruna verdiyi yüksək dəyəri, mülki əhaliyə qarşı mərhəmətini ortaya qoyur.


Bu, həm də onu sübut edir ki, ordumuz düşmənə qarşı mübarizədə hərbi hədəflərdən başqa, heç bir mülki infrastrukturu nişan almayıb. Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi apararaq, inamlı qələbə qazanıb.

 


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2021, 00:20
Top